10 C
Baku
Thursday, December 11, 2025

Oktyabrda BTC ilə neft ixracı 13 % azalıb

Bu ilin oktyabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı orta hesabla 501 min barel təşkil edib.

Sentyabr ayı ilə müqayisədə oktyabr ayında BTC ilə neft nəqli 13 % və ya gündəlik 77 min barel azalıb.

2024-cü ilin oktyabr ayı ilə müqayisədə bu ilin eyni dövründə boru kəməri ilə neft nəqli 16 % və ya 94 min barel azalıb.

Xatırladaq ki, BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər