Azərbaycan Respublikasının 2025-ci ilin ilk 11 ayında əhalinin hər nəfərinə düşən nominal gəlirlər 7 196,8 manat olub.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da illik müqayisədə 7,7 faiz artım deməkdir. Noyabrda ərzaq, qeyri-ərzaq və xidməti ümumi qiymətini illik müqayisədə ölçən istehlak qiymətləri indeksi oktyabrdakı 5,9 faizdən 5,5 faizə düşdüyü bildirilir.
Bu isə o deməkdir ki, qiymət artımlarına baxmayaraq əhalinin real alıcılıq qabiliyyəti təqribən 2,6 faiz yaxşılaşıb və real gəlirlərdə müsbət dinamika qorunub.
Bildirilir ki, əhalinin nominal gəlirləri isə illik 8,1 faiz artaraq 73 milyard 705,9 milyon manata qalxıb. Adambaşına real artım isə 2,2% olub.








