“Oracle” səhmlərinin ucuzlaşması səbəbilə Larri Ellisonun sərvəti bir gündə demək olar ki, 27 milyard dollar azalıb, bu barədə “Forbes” məlumat yayıb. 12 dekabra olan məlumata görə, Larri Ellisonun sərvəti 249 milyard dollar təşkil edir və o, dünyanın üçüncü ən varlı adamıdır.
Qeyd olunur ki, 11 dekabrda şirkətin səhmləri zəif maliyyə nəticələri və borclarla bağlı narahatlıqlar səbəbindən təxminən 10,8% ucuzlaşıb və 198,85 dollar səviyyəsinə enib.
“Citi” analitiki Tayler Radkenin qiymətləndirməsinə görə, növbəti üç il ərzində “Oracle” hər il 20–30 milyard dollar həcmində borc cəlb etməli olacaq. CNBC yazır ki, investorlar “Oracle”ın süni intellekt infrastrukturu yaratmaqla bağlı aqressiv planlarına və bu məqsədlər üçün bu qədər böyük həcmdə borc götürməyin zəruriliyinə şübhə ilə yanaşırlar.








