7 C
Baku
Saturday, January 10, 2026

Mərkəzi Bank “exchange”in vəzifəli şəxsini 10 min manat cərimələdi

Azərbaycan  Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.4-cü maddələrinə əsasən “Eliko” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 10 000 manat məbləğində cərimə edilib.

Banker.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

İşə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında “Eliko” MMC-nin vəzifəli şəxsi valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən 1 500 manat, həmçinin 430.3-cü maddəyə əsasən 10 334 manat məbləğində cərimə edilib.

Mart ayında aylıq hesabatların vaxtında təqdim edilməməsi səbəbilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən şirkətə icrası məcburi göstəriş verilib.

İyul ayında valyuta mübadiləsi fəaliyyəti üzrə qaydaların pozulmasına görə vəzifəli şəxs 14 169,23 manat məbləğində cərimə edilib.

Avqust ayında isə valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə 1 000 manat məbləğində inzibati cərimə tətbiq olunub.

Son xəbərlər
Digər xəbərlər