7 C
Baku
Monday, December 15, 2025

İspaniya Ukraynaya 2 milyard avro həcmində yardım ayırıb

İspaniya hökumətinin sədri Pedro Sançes bildirib ki, Madrid Kiyevə müxtəlif növ yardımlar çərçivəsində 2 milyard avrodan çox vəsait ayırıb.

“Biz Ukraynaya bütün növ yardımlar, o cümlədən hərbi yardım şəklində 2 milyard avrodan çox dəstək vermişik”, — deyə baş nazir mətbuat konfransında bildirib.

Qeyd edək ki, noyabr ayında Pedro Sançes Madriddə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün nəticələrinə əsasən Kiyevə 615 milyon avro məbləğində yeni hərbi yardım paketinin ayrılacağını vəd etmişdi.

Son xəbərlər
Digər xəbərlər