9 C
Baku
Tuesday, December 16, 2025

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı vurub

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, Qara dənizdə Türkiyənin hava sahəsini pozan PUA-nın “izi” aşkarlanıb.

Nazirliyinin açıqlamasında qeyd olunur ki, sözü gedən dronun nəzarətdən çıxdığı müəyyən olunub.

Arzuolunmaz insidentin qarşısının alınması məqsədi ilə PUA yaşayış məntəqələrindən uzaq ərazidə qırıcılar tərəfindən vurularaq endirilib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər