9 C
Baku
Tuesday, December 16, 2025

Körfəz ölkələrindən Azərbaycana pul köçürmələr 31 faiz artıb

Azərbaycana Körfəz ölkələrindən fiziki şəxslər tərəfindən göndərilən pul baratlarında həcmi təqribən 31 faiz artıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kapital xarakterli əməliyyatlar nəzərə alınmadan bu regiondan daxilolmalar 49,4 mln. ABŞ dollarından 64,5 mln. dollara yüksəlib.

Birləşmiş Ərəb Əmirliklərindən daxilolmalar 2024-cü ilin 9 ayında 23,3 mln. dollar olduğu halda, 2025-ci ilin eyni dövründə 29,8 mln. dollara çatıb. Bu, illik müqayisədə təxminən 28% artım deməkdir.

Səudiyyə Ərəbistanından fiziki şəxslərə göndərilən vəsaitlər 15 mln. dollardan 19,9 mln. dollara yüksəlib və artım tempi təqribən 33,4% olub.

Qətərdən pul köçürmələri daha sürətli artım nümayiş etdirib. 2024-cü ilin 9 ayındakı 8,6 mln. dollar 2025-ci ilin eyni dövründə 12,2 mln. dollara yüksəlib ki, bu da illik əsasda təxminən 40,7% artıma bərabərdir.

Küveytdən köçürülən vəsait 2,5 mln. dollardan 2,6 mln. dollara yüksəlib və artım cəmi 4,4% təşkil edib.

2025-ci ilin eyni dövründə isə ümumi pul köçürmələri 849,9 mln. ABŞ dollarına yüksəlib. Körfəz ölkələrinin ümumi köçürmələrdə payı son bir ildə 5,8%-dən 7,6%-ə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər