8 C
Baku
Tuesday, December 16, 2025

Mərkəzi Asiyadan Azərbaycandakı əhaliyə pul köçürmələr artıb

2025-ci ilin doqquz ayında Mərkəzi Asiya ölkələrindən Azərbaycana daxil olan fiziki şəxslərin pul baratlarının ümumi həcmi 33 mln dollar təşkil edib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu göstərici 2024-cü ilin eyni dövründə 28.36 mln dollar idi. Beləliklə, region üzrə daxilolmalar 4.64 mln dollar və ya 16.4% artıb.

Regionun pul daxilolmalarda şəriksiz lideri Qazaxıstandır. Bu ölkədən daxil olan pul baratları 2024-cü ilin 9 ayında 17.79 mln dollar olduğu halda, 2025-ci ilin eyni dövründə 18.47 mln dollara yüksəlib. İllik müqayisədə artım 0.68 mln dollar, faiz ifadəsində isə 3.8% təşkil edib.

Özbəkistandan Azərbaycana daxil olan pul baratlarının həcmi 8.23 mln dollardan 11.03 mln dollara yüksəlib. Bu, 2.8 mln dollar və ya 34% artım deməkdir və Mərkəzi Asiya ölkələri arasında ən yüksək artım məhz Özbəkistan üzrə qeydə alınıb.

Qırğızıstandan daxilolmalar isə 2024-cü ilin 9 ayında 2.34 mln dollar, 2025-ci ilin eyni dövründə isə 3.5 mln dollar olub. Nəticədə illik artım 1.16 mln dollar, faizlə isə 49.6% təşkil edib.

Eyni zamanda, 2025-ci ilin 9 ayında Azərbaycandan Mərkəzi Asiya ölkələrinə göndərilən fiziki şəxslərin pul baratlarının ümumi həcmi 11.4 mln dollar olub. 2024-cü ilin eyni dövründə bu göstərici 18.52 mln dollar idi. Beləliklə, regiona pul köçürmələr 7.12 mln dollar və ya 38.5% azalıb.

Qazaxıstana göndərilən pul baratları 7.32 mln dollardan 5.09 mln dollara düşüb. Azalma 2.23 mln dollar, faiz ifadəsində isə 30.5% təşkil edib.

Özbəkistana göndərişlər 2024-cü ilin 9 ayında 3.88 mln dollar, 2025-ci ilin eyni dövründə isə 2.80 mln dollar olub. Bu, 1.08 mln dollar və ya 27.8% azalma deməkdir.

Qırğızıstana göndərilən pul baratları isə 2.34 mln dollardan 3.5 mln dollara yüksəlib. Beləliklə, bu istiqamətdə 1.16 mln dollar və ya 49.6% artım qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər