8 C
Baku
Wednesday, December 17, 2025

Mərkəzi Bank hesabat təqdim etməyən 2 kredit təşkilatına məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin III rübü üzrə hesabatların gecikmə ilə təqdim edilməsi səbəbilə daha iki kredit ittifaqına icrası məcburi olan göstəriş verib.

Banker.az xəbər verir ki, “Hacıoğlu Kredit İttifaqı” MMC“Yeni Daşkənd Kredit İttifaqı” MMC tərəfindən rüblük hesabatlar “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbləri pozularaq gecikmə ilə təqdim edilib. Bununla əlaqədar Mərkəzi Bank “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndini rəhbər tutaraq, hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim olunması barədə hər iki kredit ittifaqına məcburi göstəriş verib.

Xatırladaq ki, ötən gün Mərkəzi Bank daha iki kredit ittifaqına məcburi göstəriş tətbiq etdiyini açıqlayıb. Dünən Mərkəzi Bank “Stimul” və “Total Finans” Kredit İttifaqlarına 2025-ci ilin III rübü üzrə hesabatların təqdim edilməməsinə görə, sənədlərin təxirəsalınmadan və gələcəkdə vaxtında verilməsi barədə məcburi göstəriş verib.

Son xəbərlər
Digər xəbərlər