8 C
Baku
Tuesday, December 16, 2025

Emin Əmrullayev: “Alim” adını yalançı alimlərdən qorumaq lazımdır, bunun sonu yaxşı deyil

“Alim” adını yalançı alimlərdən qorumaq lazımdır”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda çıxışı zamanı bildirib.

O bildirib ki, elm adamlarının hamısı kimin necə alim olduğunu bilir: “Bunu açıq şəkildə deməliyik. Alimlərin bir-birinə münasibəti dürüst deyil, bu öz nüfuzlarını da qorumağa imkan vermir. Alim adını yalançı alimlərdən qorumaq lazımdır. Layiq olmayan insanlara layiq olmadığı adları verməyin sonu yaxşı deyil. Son illər işlər görülür, amma inzibati qaydada tənzimləmək çətindir”.

Nazir vurğulayıb ki, xaricdə məqaləsi olmayan özünə alim deməyə utanmalıdır: “Son beş ildə məqaləsi olmayan alim utanmalıdır. Məqaləsi olmayan, istinadı olmayan adamın özünə alim deməsi ayıbdır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər