9 C
Baku
Wednesday, December 17, 2025

Çin Aİ-dən idxal olunan donuz ətinə antidempinq rüsumları tətbiq edib

ÇXR-in Ticarət Nazirliyi Avropa İttifaqı ölkələrindən donuz əti və donuz mənşəli subməhsulların idxalına antidempinq rüsumlarının tətbiq edildiyini elan edib, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Rüsumların dərəcəsi 4,9%-dən 19,8%-ə qədər dəyişir.

Rüsumlar 2024-cü ilin iyununda Çin Heyvandarlıq Assosiasiyası tərəfindən verilmiş şikayətdən sonra tətbiq olunub. Nazirlik tərəfindən aparılan araşdırma dempinqin yerli istehsalçılara ciddi ziyan vurduğunu təsdiqləyib.

Qurum bildirilib ki, “obyektiv, ədalətli və qərəzsiz nəticəyə” gəlmək üçün bütün zəruri tədbirlər görülüb. Nazirliyin məlumatına görə, rüsumlar beş il müddətində qüvvədə olacaq.

Son xəbərlər
Digər xəbərlər