9 C
Baku
Wednesday, December 17, 2025

WSJ: “Warner Bros.” “Paramount”un satınalma təklifini rədd etməyi planlaşdırır

Amerikanın kino şirkəti “Warner Bros. Discovery” səhmdarlara “Paramount”un satınalma təklifini rədd etməyi və “Netflix”in təklifinə üstünlük verməyi tövsiyə edəcək, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” yazır.

Xatırladaq ki, “Paramount”un səhmlərin geri alınması ilə bağlı təklifinin qüvvədə olma müddəti yanvarın 8-də başa çatır.

Mənbələrin bildirdiyinə görə, “Warner Bros. Discovery”nin direktorlar şurası striminq xidməti ilə razılaşmanın daha cəlbedici olduğunu bəyan etməyi planlaşdırır. Qeyd edək ki, “Paramount” razılaşma çərçivəsində hər səhm üçün 30 dollar nağd vəsait təklif edib, eyni zamanda “Netflix”in təklifi hər səhm üçün 27,75 dollar təşkil edir. “Paramount” bütün şirkəti almağı təklif edir, Netflix isə “Warner Bros.” kinostudiyasını, “HBO Max” platformasını və HBO kanalını satın alır.

Hazırda “Warner Bros. Discovery”nin səhmləri təxminən hər səhm üçün 30 dollar səviyyəsində ticarət olunur ki, bu da bazarın “Paramount” tərəfindən mümkün qiymət artımını gözlədiyini göstərir, WSJ yazır.

“Warner Bros.”un satın alınması ilə bağlı mümkün razılaşma birmənalı qarşılanmayıb. Hollivudda sənaye üçün risklər barədə xəbərdarlıq edilib və tənzimləyici qurumlardan sazişin bloklanması tələb olunub. ABŞ prezidenti Donald Tramp isə bildirib ki, “Netflix” artıq bazarın əhəmiyyətli bir hissəsinə nəzarət edir və bu pay sözügedən satınalmadan sonra xeyli artacaq.

Son xəbərlər
Digər xəbərlər