9 C
Baku
Wednesday, December 17, 2025

Pilotsuz taksi xidməti “Waymo” $100 milyard dəyərlə $15 milyard investisiya üzrə danışıqlar aparır

Pilotsuz taksi xidməti “Waymo” 100 milyard dollar qiymətləndirmə ilə 15 milyard dollar investisiya üzrə danışıqlar aparır. Hazırda investisiyaların həcmi və yekun qiymətləndirmə hələ müəyyənləşdirilməyib.

“Bloomberg”in qeyd etdiyinə görə, pilotsuz taksi xidməti son investisiya raundunu 2024-cü ilin oktyabrında başa çatdırıb. Həmin vaxt “Waymo” 45 milyard dollar dəyər qiymətləndirməsi ilə 5,6 milyard dollar cəlb edib.

“Waymo” 2009-cu ildən pilotsuz avtomobillər üzərində işləyir və 2016-cı ildən etibarən Alphabet-in törəmə şirkəti kimi fəaliyyət göstərir.

“Waymo” pilotsuz taksi xidmətini 2018-ci ilin sonunda istifadəyə verib. “Bloomberg”in məlumatına görə, 2025-ci ilin dekabr ayına olan vəziyyətə əsasən, “Waymo” ABŞ-də bir neçə böyük şəhərdə eyni vaxtda robotaksi ilə kommersiya daşımalarını həyata keçirən yeganə şirkətdir.

Son xəbərlər
Digər xəbərlər