Çinlə viza ləğv edildikdən sonra azərbaycanlı turistlərin səfərləri kəskin artıb

Azərbaycan vətəndaşları 2026-cı ilin yanvar–iyun aylarında Çinə turizm məqsədilə 12 233 səfər ediblər. Bu, ötən ilin eyni dövründəki 5 524 səfərlə müqayisədə 2,2 dəfə çoxdur.

Banker.az xəbər verir ki, Çin son illərdə azərbaycanlı turistlər üçün daha çox seçilən istiqamətlərdən birinə çevrilib.

Dövlət Statistika Komitəsinin istinadən mlumata görə, bu ölkəyə ilin ilk yarısında edilən turizm səfərlərinin sayı 2023-cü ildə 1 962, 2024-cü ildə 4 180, 2025-ci ildə 5 524, 2026-cı ildə isə 12 233 olub. Beləliklə, göstərici üç il ərzində altı dəfədən çox artıb.

Çinə səfərlərlə bağlı xərclər də yüksəlib. 2023-cü ilin ilk yarısında 2,9 milyon manat olan xərc 2024-cü ildə 6,9 milyon manata, 2025-ci ildə 9,3 milyon manata, 2026-cı ildə isə 21,1 milyon manata çatıb.

Bu artım iki ölkə arasında viza rejimi də sadələşməsi fonunda baş verib. Azərbaycan və Çin vətəndaşlarının adi pasportlarla qarşılıqlı vizasız səfərinə dair saziş 16 iyul 2025-ci ildə qüvvəyə minib. Sazişə əsasən, hər səfərdə 30 günədək, hər 180 günlük dövrdə isə ümumilikdə 90 günədək vizasız qalmaq mümkündür.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər