İpoteka və Kredit Zəmanət Fondu yaşayış sahələrinin alınması üzrə müqavilə bağladı.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində yaşayış sahələrinin satın alınması üzrə növbəti layihəni həyata keçirir.
Müvafiq layihə üzrə satınalma “Maksimus” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.
Satınalmanın ümumi dəyəri 68 703 095,9 manat təşkil edir.
Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisinin tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcəkdir.








