9 C
Baku
Thursday, December 12, 2024

Fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 3 milyonu keçib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı artmaqda davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Cari ilin may ayında bu artım 16 001 nəfər, yanvar-may aylarında isə 76 004 nəfər təşkil edib və fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 256 158 nəfərə çatıb.

Sığortaolunanlar arasında 30 yaşa qədər olanlar 673 795 nəfər (20.7 faiz), 30-40 yaşlarında olanlar 821 854 nəfər (25.2 faiz), 40-50 yaşlarında olanlar 656 482 nəfər (20.1 faiz), 50-60 yaşlarında olanlar 689 168 nəfər (21.2 faiz) təşkil edir. Qalan sığortaolunanlar isə 60 yaşdan yuxarı olan şəxslərdir.

Hər bir sığortaolunan vətəndaş onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə etmək və öz pensiya kapitalına, eləcə də işəgötürəninin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə mütəmadi şəkildə nəzarət etmək imkanına da malikdir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti əhalinin istifadəsindədir.

Trend

Son xəbərlər
Digər xəbərlər