7 C
Baku
Wednesday, December 17, 2025

Türkiyə S-400-dən imtina edir

Türkiyə ABŞ ilə münasibətləri normallaşdırmaq və F-35 qırıcılarının istehsal proqramına yenidən qoşulmaq məqsədilə Rusiyadan alınmış S-400 zenit-raket kompleksindən imtina imkanını müzakirə edir.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə təmaslar zamanı bu mövzunu qaldırıb. Lakin Kremlin nümayəndələri belə bir müzakirənin aparıldığını təkzib ediblər.

Vaşinqton uzun müddətdir Ankaradan S-400 sistemindən imtina etməyi tələb edirdi. Məhz bu məsələ ABŞ-nin Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsinə və 2019-cu ildə ölkənin F-35 proqramından çıxarılmasına səbəb olmuşdu.

Bildirilir ki, Rusiyanın istehsalı olan hava hücumundan müdafiə sistemindən imtina edilməsi ABŞ ilə müdafiə sahəsində əməkdaşlığın bərpasına və məhdudiyyətlərin aradan qaldırılmasına yol aça bilər. Eyni zamanda Ankara S-400-lə bağlı Rusiyadan kompensasiya almağa çalışır. Bu kompensasiyanın enerji resurslarının tədarükü formasında ola biləcəyi də istisna edilmir.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər