9 C
Baku
Friday, December 19, 2025

Dövlət xidmətlərində yerli innovasiya ekosisteminin inkişafı üçün xidmətlər satın alınır

“İnnovasiyalar Mərkəzi” MMC xidmət satınalması həyata keçirib.

Banker.az xəbər verir ki, “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yerli innovasiya ekosisteminin inkişafı və təşviqi, eləcə də dövlət xidmətlərinin innovativ formada göstərilməsi istiqamətində xidmətlərin satın alınmasını həyata keçirib.

Satınalma çərçivəsində “ASAN Xidmət” modelinin beynəlxalq miqyasda təşviqinə yönəlik xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Müvafiq xidmətlərin icrası “ADMEDIA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.

Müqavilənin ümumi dəyəri 1 milyon 498 min manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər