5 C
Baku
Tuesday, January 13, 2026

Şuşada 8 yaşayış binasının tikintisinə 30 milyon manatdan çox vəsait ayrılır

Şuşada çoxmərtəbəli yaşayış binalarının tikintisi üzrə müsabiqə elan olunub.

Banker.az xəbər verir ki, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Publik Hüquqi Şəxsi tərəfindən Şuşa şəhərində yaşayış binalarının tikintisi ilə bağlı açıq müsabiqə elan edilib.

Müsabiqə D-5 massivində ikinci mərhələ üzrə 4 mərtəbəli 8 ədəd yaşayış binasının (9–16 nömrəli binalar) tikinti işlərini əhatə edir. Layihəyə xidmətedici və yardımçı təyinatlı obyektlərin inşası, eləcə də abadlıq işləri də daxildir.

Satınalma üzrə ehtimal olunan qiymət 30 milyon 103 min manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər