11 C
Baku
Friday, December 19, 2025

AccessBank və AYİB-dən qadın sahibkarlığına dəstək: Access2Success layihəsi dördüncü dəfə uğurla başa çatdı

®Azərbaycanda sahibkarlığın davamlı inkişafına uzun illərdir töhfə verən AccessBank, Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirdiyi Access2Success layihəsinin dördüncü dəfə uğurla başa çatdığını qürurla elan edir. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə reallaşdırılan bu təşəbbüs, ölkədə qadın sahibkarlığının gücləndirilməsinə və onların biznes potensialının üzə çıxarılmasına yönəlib.

Layihəyə bu il də böyük maraq göstərilib – iştirak üçün 300-dən çox müraciət daxil olub. Seçim mərhələsini uğurla keçən 50 qadın sahibkar biznesin idarə edilməsi, satış və marketinq, liderlik və emosional idarəetmə, uğurlu biznesin hüquqi aspektləri, eləcə də maliyyə savadlılığı üzrə bilik və bacarıqlarını inkişaf etdirərək proqramı müvəffəqiyyətlə tamamlayıblar. Təlimlər AccessBank-ın peşəkar mütəxəssisləri və öz sahəsində geniş təcrübəyə malik ekspertlər tərəfindən keçirilib.

“Dayanıqlı sahibkarlıq modellərinin formalaşdırılmasına dəstək AccessBank üçün əsas prioritetlərdəndir. ‘Access2Success’ proqramı vasitəsilə qadın sahibkarların bilik və bacarıqlarını gücləndirir, onların bizneslərini daha inamlı və dayanıqlı şəkildə inkişaf etdirmələrinə şərait yaradırıq. Bu dəyərli əməkdaşlığa görə Avropa Yenidənqurma və İnkişaf Bankına təşəkkürümüzü bildiririk. AccessBank olaraq bu təşəbbüsü gələcək illərdə də ardıcıl və genişmiqyaslı şəkildə davam etdirmək əzmindəyik”,- bunu AcessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri layihənin əhəmiyyətini vurğulayaraq bildirib.

“Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı fəaliyyətində əsas prioritetlərdən biri qeyri-neft sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. Strateji tərəfdaşlarımızdan olan AccessBank ilə birgə həyata keçirdiyimiz «Access2Success» təşəbbüsü qadın sahibkarlığının dayanıqlı inkişafına real töhfə verən nümunəvi layihələrdəndir. EBRD gələcəkdə də bu kimi sosial və iqtisadi  təsir gücünə malik təşəbbüslərə dəstəyini davam etdirəcək”, – Azərbaycan üzrə Biznes Məsləhətləri Proqramının baş meneceri Samir Həmidov qeyd edib:

Qeyd edək ki, “Access2Success” layihəsi ilk dəfə 2022-ci ildə həyata keçirilib və hər il təxminən 50 qadın sahibkarı əhatə edir. İndiyədək proqramda 200-dən çox qadın sahibkar iştirak edib. Konsaltinq, turizm, təhsil, səhiyyə, yaradıcılıq, mədəniyyət və digər sahələrdə fəaliyyət göstərən iştirakçılar altı həftəlik intensiv təlimlər çərçivəsində həm nəzəri, həm də praktik biliklər əldə edərək öz bizneslərinin inkişafı üçün möhkəm təməl formalaşdırıblar.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

 Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

 *AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Son xəbərlər
Digər xəbərlər