11 C
Baku
Friday, December 19, 2025

Azərbaycan bu il xaricdən 26 mln. dollarlıq “kombi” idxal edib

2025-ci ilin ilk 10 ayında ölkəyə idxal olunan mərkəzi istilik qazanlarının sayı 80 937 ədədə çatıb və idxalın ümumi dəyəri 25.88 mln. dollar təşkil edib.

Banker.az xəbər verir ki, keçən ilin eyni dövrü ilə müqayisədə qazanların sayı 8.5% artıb, ümumi dəyər isə 3.2% yüksəlib.

Əsas idxalçı ölkələr sırasında Çin 55 782 ədəd və 13.29 mln. dollar ilə önəmli paya sahib olub. Türkiyədən idxal isə 12 052 ədəd və 6.01 mln. dollar olub, bu da keçən illə müqayisədə say baxımından azalma göstərir.

Slovakiya və İtaliya da əsas tədarükçülər sırasındadır, müvafiq olaraq 5 397 ədəd (2.51 mln. dollar) və 3 374 ədəd (2.25 mln. dollar) idxal olunub.

Orta idxal qiymətləri əsas tədarükçülər üzrə fərqli olub. Məsələn, Türkiyədən gətirilən qazanların orta qiyməti təxminən 500 dollar/ədəd təşkil edərkən, Slovakiyadan idxal olunan qazanların orta qiyməti 466 dollar/ədəd, İtaliyadan gətirilənlərin isə biri 666 dollar olub.

Son xəbərlər
Digər xəbərlər