“Ford” park sistemindəki nöqsanlar səbəbindən ABŞ-də 270 000-dən çox elektrik və hibrid avtomobilini geri çağırır.
Bu barədə “Apnews.com” nəşri məlumat verib.
“Park funksiyasındakı problem səbəbindən “Ford” ABŞ-də 270 000-dən çox elektrik və hibrid avtomobilini geri çağırır ki, bu problem maşının özü-özünə hərəkətə düşməsinə səbəb ola bilər”, – deyə məlumatda qeyd edilir.
Geri çağırış bir sıra “F-150 Lightning BEV”, “Mustang Mach-E” və “Mavericks” modellərinə aiddir.








