9 C
Baku
Sunday, December 21, 2025

“Johnson & Johnson” 65 milyon dollar təzminat ödəyəcək

ABŞ-nin Minnesota ştatında Andlılar Məhkəməsi “Johnson & Johnson” şirkətinin 37 yaşlı Anna Cin Hyuton Karliyə 65.5 milyon dollar məbləğində təzminat ödəməsi barədə qərar verib.

İddiaçı bildirib ki, şirkətin istehsal etdiyi talkəsaslı uşaq pudrasından istifadə onda mezoteliomanın – onkoloji xəstəliyin inkişafına səbəb olub.

Məhkəmə materiallarına əsasən, Karlinin vəkilləri “Johnson & Johnson”un talk məhsullarının asbestlə çirklənə biləcəyi barədə məlumatlı olduğunu, lakin potensial təhlükə haqqında istehlakçıları xəbərdar etmədiyini sübut edən dəlillər təqdim ediblər.

2023-cü ildə talklı pudranın satışını dayandıran şirkət isə ittihamları rədd edir və məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Qeyd edək ki, son bir neçə ay ərzində “Johnson & Johnson” şirkəti fərqli məhkəmələr tərəfindən çoxmilyonlu cərimələrə məruz qalıb.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər