7 C
Baku
Monday, December 22, 2025

ABŞ 29 ölkədən səfirlərini geri çağırır

ABŞ prezidentinin administrasiyası ölkənin diplomatik strategiyasını dəyişmək məqsədilə azı 29 səfiri geri çağırır, bu barədə “Associated Press” (AP) yazır. Agentliyin mənbəsi bildirib ki, diplomatların səlahiyyət müddəti 2026-cı ilin yanvarında başa çatır.

Diplomatik nümayəndəliklər kadr dəyişiklikləri barədə ötən həftə məlumatlandırılıb. AP dəqiqləşdirir ki, vəzifədən ayrılan bütün səfirlər keçmiş prezident Co Baydenin dövründə təyin olunublar. ABŞ-nin yeni diplomatik strategiyası Donald Trampın “Əvvəlcə Amerika” prioritetlərini tam dəstəkləyən kadrların cəlb edilməsini nəzərdə tutur.

Agentlik bildirir ki, səfirlər diplomatik xidmətdəki vəzifələrini itirməyəcək, lakin “istədikləri təqdirdə digər tapşırıqları yerinə yetirmək üçün” Vaşinqtona qayıdacaqlar. Dövlət Departamenti isə qeyd edib ki, səfir prezidentin şəxsi nümayəndəsidir və prezident bu ölkələrdə “Əvvəlcə Amerika” proqramını irəli aparan şəxslərin olmasını təmin etmək hüququna malikdir.

Son xəbərlər
Digər xəbərlər