7 C
Baku
Monday, December 22, 2025

Neftin qiyməti yenidən 61 dollar-barelə çatıb

Bazar ertəsi neft qiymətləri ABŞ-ın Venesuela sahilləri yaxınlığında, beynəlxalq sularda bir neft tankerini ələ keçirməsi ilə bağlı xəbərlər fonunda yüksəlib. Bu hadisə tədarük üzrə yeni qeyri-müəyyənlik yaradıb.

Banker.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri Bakı vaxtı ilə saat 08:00-a 46 sent və ya 0.8% artaraq barel üçün 60.93 dollara, WTI isə eyni məbləğ və faizlə bahalaşaraq 56.98 dollara yüksəlib.

“Sparta Commodities”in baş analitiki Cun Qoh bildirib ki, bazar Tramp administrasiyasının Venesuela neft ticarətinə qarşı sərt mövqe tutduğunu anlamağa başlayır. Onun sözlərinə görə, bu geosiyasi xəbər, arxa planda davam edən Rusiya–Ukrayna gərginliyi ilə birlikdə, fundamental baxımdan zəif olan bazarda neft qiymətlərini dəstəkləyir.

Reuters-in məlumatına əsasən, ABŞ Sahil Mühafizəsi Venesuela yaxınlığında beynəlxalq sularda bir neft tankerini təqib edir. Bu, son iki həftədə üçüncü belə hadisə ola bilər.

IG analitiki Toni Sykamor qeyd edib ki, Venesuela tankerlarına qarşı “tam blokada” bəyanatı və Ukraynanın Rusiyanın “kölgə donanması”na zərbəsi qiymətlərin bərpasını gücləndirib. O əlavə edib ki, bazar Rusiya–Ukrayna sülh danışıqlarının tezliklə nəticə verəcəyinə ümidini itirir.

Brent və WTI ötən həftə təxminən 1% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər