9 C
Baku
Monday, December 22, 2025

“Bakı Metropoliteni” bu il Maliyyə Nazirliyindən 245 mln. manat kredit götürüb

“Bakı Metropoliteni” 2025-ci ilin 20 fevral tarixində Maliyyə Nazirliyindən ilin sonunda geri qaytarılmaq şərti ilə 244,8 min manat faizsiz kredit alıb.

Kreditin əsas məqsədi şirkətin tikinti və təmir işlərinin maliyyələşdirilməsi, infrastrukturun inkişafı və sərnişindaşıma xidmətlərinin davamlılığının təmin edilməsidir.

Xatırladaq ki, 2024-cü ilin sonuna şirkətin cami aktivləri 418.82 mln. manat olub. Bu göstərici 2023-cü ilin sonunda 414.57 mln. manat idi və aktivlər üzrə illik artım 1.0% səviyyəsində qalıb. Cami öhdəliklər isə 33.29 mln. manata yüksələrək əvvəlki illə müqayisədə təxminən 24.8% artım göstərib. Nəticədə kapitalın həcmi 385.53 mln. manata enib.

“Bakı Metropoliteni” QSC 2024-cü ili 139.62 mln. manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə xalis zərər 76.88 mln. manat təşkil edirdi. Beləliklə, illik müqayisədə xalis zərər 62.74 mln. manat və ya 81.6% artıb.

2024-cü ilin sonuna şirkətin yığılmış zərəri 3 mlrd. 109.54 mln. manata çatıb.

Son xəbərlər
Digər xəbərlər