SOCAR Türkiyədə yerləşən “Gama Enerji İç Anadolu” elektrik stansiyasında (870 MVt) 225 mln. dollara əldə etməyi planlaşdırır.
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bununla bağlı sabah 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumununda Saziş imzalanacaq.
Ə.Əsədov qeyd edib ki, SOCAR adıçəkilən elektrik stansiyasının 100 % payına sahib olacaq.







