Xocavənddə fərdi yaşayış evlərinin təmiri üçün 1.5 milyon manatdan çox vəsait ayrılıb.
Banker.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi Xocavənd rayonunun Xanoba kəndində fərdi yaşayış evlərinin təmiri ilə bağlı layihə həyata keçirir.
Məlumata görə, layihə çərçivəsində Xanoba kəndində 2-ci mərhələ üzrə ümumi sahəsi 4 375,8 kvadratmetr olan 26 ədəd fərdi yaşayış evinin təmiri nəzərdə tutulur.
Təmir işlərinin icrası “Capital Group” MMC-yə həvalə edilib.
Layihənin ümumi dəyəri 1 526 925,44 manat təşkil edir.






