Aqrar Xidmətlər Agentliyi dabaq xəstəliyinə qarşı peyvəndlər alır.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tabeliyində olan Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün dabaq xəstəliyinə qarşı peyvənd vasitələrinin satın alınmasını həyata keçirir.
Məlumata görə, A.O. Asiya 1 və Sat 2 ştammlarına qarşı nəzərdə tutulan peyvəndlərin alınması “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.
Satınalma müqaviləsinin ümumi dəyəri 3 819 900 manat təşkil edir.








