4 C
Baku
Tuesday, December 23, 2025

ABŞ xarici PUA-ların idxalını qadağan edib

ABŞ-nin Federal Rabitə Komissiyası (FCC) bütün pilotsuz uçuş aparatlarının, onlar üçün həyati əhəmiyyət daşıyan komponentlərin, eləcə də rabitə və videomüşahidə üçün nəzərdə tutulan bütün avadanlıqların idxalını qadağan edib. Qadağa ilk növbədə “SZ DJI Technology” və “Autel Robotics” kimi Çin istehsalçılarına şamil olunacaq.

ABŞ Müdafiə Nazirliyi uzun illərdir Çin istehsalı olan DJI dronlarının qadağan edilməsinə nail olmağa çalışırdı. Hərbçilər bildirirlər ki, Çin Kommunist Partiyası bu dronların istifadəsi zamanı toplanan məlumatlara çıxış əldə edə bilər. ABŞ ordusu hələ 2017-ci ildə əsgərlərə DJI pilotsuz aparatlarından istifadəni qadağan edib.

“The Wall Street Journal”ın qeyd etdiyinə görə, ABŞ-də kommersiya məqsədilə, dövlət qurumları və həvəskarlar tərəfindən istifadə olunan pilotsuz aparatların 70–90%-i DJI-nin payına düşür. Qəzetin mənbələrinin bildirdiyinə görə isə Çin dronlarının nə qiymət, nə də texniki xüsusiyyətlər baxımından Amerika alternativi mövcud deyil.

Qadağanın tətbiqini gözləyən fərdi istifadəçilər və şirkətlər son vaxtlar uçuş aparatları, batareyalar və ehtiyat hissələrinin alınmasına əhəmiyyətli vəsait xərcləyərək Çin istehsalı avadanlıq ehtiyatları formalaşdırıblar. Bu yaxınlarda keçirilən sorğuya əsasən, kommersiya dron operatorlarının 43%-i FCC-nin qadağasının şirkətlərinə “son dərəcə mənfi” və ya “potensial olaraq dağıdıcı” təsir göstərəcəyini düşünür, 85%-i isə fəaliyyətlərini maksimum iki il davam etdirə biləcəklərini bildirib.

Son xəbərlər
Digər xəbərlər