Dövlət Sərhəd Xidmətinə məxsus gəmi hərraca çıxarılır.
Banker.az xəbər verir ki, 24 fevral 2026-cı il tarixində saat 10:00-da Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin balansında olan nəqliyyat vasitəsi açıq hərraca çıxarılacaq.
Məlumata görə, 1969-cu il buraxılışlı “Point Brower D” markalı gəmi S-104 dövlət nömrə nişanı ilə 230 000 manat start qiyməti ilə satışa təqdim olunacaq. Hərracda iştirak etmək istəyən şəxslər üçün tələb olunan 10 faiz beh məbləği 23 000 manat təşkil edir.






