8 C
Baku
Tuesday, December 23, 2025

Siqaret qaçaqmalçılığı ilə bağlı iş adamı Ruslan Eyyubov həbs edilib

Siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq üzrə daha bir nəfər həbs edilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq üzrə sahibkar Ruslan Eyyubov saxlanılıb.

İş adamı Ruslan Eyyubov barəsində Binəqədi rayon Məhkəməsində daxil olan təqdimata baxılıb.

Onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.

 

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər