Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) marketlər şəbəkəsi olan “Araz Supermarket” MMC-yə təyinat olub.
Banker.az xəbər verir ki, Tural İsayev “Araz Supermarket” MMC-də SAP Əməliyyatları və Transformasiya Departamentinin rəhbəri təyin edilib.
O, 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ASOIU) “Neft və Qaz Avadanlıqları Mühəndisliyi” bakalavr ixtisasını tamamlayıb. Daha sonra ali təhsilini xaricdə davam etdirərək, 2019-2022-ci illərdə İstanbul Texniki Universitetində “Dəniz mühəndisliyi” üzrə magistr dərəcəsi əldə edib.







