8 C
Baku
Tuesday, December 23, 2025

Serbiya Rusiya ilə qaz tədarükünün martın sonunadək uzadılması barədə razılığa gəlib

Serbiya Rusiya ilə qaz tədarükünün müddətinin mart ayının sonunadək uzadılması barədə razılıq əldə edib.

Bu barədə “RTS” Serbiya Prezidenti Aleksandar Vuçiçə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, Serbiya qarşıdakı qış mövsümü üçün həm elektrik enerjisi, həm də kifayət qədər qazla təmin olunacaq.

“Biz qaz tədarükünün daha üç ay – 31 mart tarixinədək uzadılması barədə razılığa gəldik ki, insanlar arxayın olsun və rahat yatsınlar”, – Vuçiç vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər