24 və 25 dekabr 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Banker.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
| Notun müddəti
(gün) |
İSİN | Hərrac
tarixi |
Hərraca çıxarılan məbləğ (manat) | Nominal | Miqdar | Notun ödəniş tarixi |
| 28 | AZ2568024700 | 24.12.2025 | 10.000.000 | 100.000 | 100 | 21.01.2026 |
| 84 | AZ2569024709 | 25.12.2025 | 5.000.000 | 100.000 | 50 | 19.03.2026 |
| 168 | AZ2570024706 | 24.12.2025 | 2.500.000 | 100.000 | 25 | 10.06.2026 |
| 252 | AZ2571024705 | 25.12.2025 | 2.500.000 | 100.000 | 25 | 03.09.2026 |
Qeyd edək ki, hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.
Hərracda iştirakçı sayı tələbi mövcud deyil.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.








