“Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılmaqla gümüş fyuçersinin qiyməti bir troya unsiyası üçün 71 dolları ötərək tarixi maksimumunu yeniləyib.
Bu, ticarət platformasının göstəricilərindən məlum olur.
Bakı vaxtı ilə saat 21:04-ə olan məlumata görə, qiymətli metalın dəyəri 3,68 % artaraq bir troya unsiyası üçün 71,085 dollar təşkil edib. Saat 21:20-yə yaxın gümüşün qiymət artımı bir qədər yavaşlayaraq bir unsiya üçün 71,11 dollara (+3,71 %) enib.
Eyni zamanda, “Comex” birjasında 2026-cı ilin fevralında çatdırılmaqla qızıl fyuçersinin qiyməti 4 503,9 dollar (+0,77 %) səviyyəsində qərarlaşıb.







