7 C
Baku
Wednesday, December 24, 2025

Ukraynanın ən iri neft hasilatçısı fəaliyyətini naməlum müddətə dayandırıb

Ukraynanın ən böyük neft hasilatı şirkəti olan “Ukrnafta”nın infrastrukturu bir gün əvvəl baş verən partlayışlar nəticəsində ciddi zərər görüb.

Bu barədə “Naftoqaz Ukrayna” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ciddi zədələnmələr səbəbindən “Ukrnafta”nın avadanlıqlarının işi dayandırılıb. Hansı konkret obyektlərin və ya qurğuların zərər gördüyü dəqiqləşdirilmir, baş verənlərlə bağlı əlavə təfərrüatlar açıqlanmır.

Bundan əvvəl şirkət istehsalat obyektlərində yaranmış zədələrin aradan qaldırılması üçün ərazidə təmir briqadalarının çalışdığını bildirmişdi.

“Ukrnafta” Ukraynanın ən böyük neft hasilatı şirkətidir. Şirkətin strukturuna altı neft-qaz hasilatı idarəsi, üç qaz emalı zavodu, həmçinin neft sənayesi üzrə xidmət idarəsi daxildir

Dekabrın 23-nə keçən gecə Ukraynanın şərqində yerləşən Xarkov şəhərində partlayış baş verib. Həmin vaxt Xarkov, Odessa, Nikolayev, Dnepropetrovsk, Poltava, Sumı və Çerniqov vilayətlərində, eləcə də Kiyev vilayətinin bir hissəsində hava həyəcanı elan olunmuşdu.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər