5 C
Baku
Thursday, December 25, 2025

Ən çox təhsil krediti alan universitetlər açıqlandı – SİYAHI

Azərbaycanda ən çox təhsil tələbə kreditinin rəsmiləşdirildiyi ali təhsil müəssisələri sırasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) birinci yerdə qərarlaşıb. Burada ümumilikdə 4 365 tələbə Təhsil Tələbə Kreditindən (TTK) faydalanıb. Kredit alanların 48 faizi qadın, 52 faizi isə kişilərdir. Rəsmiləşdirilən kreditlərin 22 faizi sosial, 78 faizi isə standart kateqoriyaya aiddir.

Banker.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nin 4 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbirində məlumat verib.

Sədrin sözlərinə görə, siyahıda ikinci yerdə Gəncə Dövlət Universiteti qərarlaşıb. Bu ali təhsil müəssisəsində 4 056 tələbə TTK alıb. Kreditdən yararlananların 71 faizi qadın, 29 faizi isə kişilərdir. Burada sosial TTK-ların payı 38 faiz, standart TTK-ların payı isə 62 faiz təşkil edib.

Üçüncü yerdə Azərbaycan Texniki Universiteti yer alıb. Universitet üzrə ümumilikdə 3 441 təhsil tələbə krediti rəsmiləşdirilib. Həmin tələbələrin 40 faizi qadın, 60 faizi isə kişilərdir.

Bəhruz Əzimov bildirib ki, siyahıda həmçinin Bakı Dövlət Universiteti (3 223 nəfər), Azərbaycan Kooperasiya Universiteti (3 169 nəfər), Azərbaycan Dövlət Pedaqoji Universiteti (2 711 nəfər), Mingəçevir Dövlət Universiteti (2 491 nəfər), Lənkəran Dövlət Universiteti (2 488 nəfər), Bakı Biznes Universiteti (2 457 nəfər) və Azərbaycan Memarlıq və İnşaat Universiteti (2 184 nəfər) də yer alıb.

Son xəbərlər
Digər xəbərlər