Çin yuanı 2024-cü ilin sentyabrından bəri ilk dəfə psixoloji hədd olan 1 dollara qarşı 7 yuan səviyyəsini keçib.
Banker.az “Bloomberg” xəbər verir ki, ölkə xaricində ticarət edilən yuan 6.9964 səviyyəsinə, ölkə daxilində ticarət edilən yuan isə 7.0067 səviyyəsinə qədər möhkəmlənib.
Dolların zəifləməsi, Çin bazarının bərpası fonunda kapital axını və geosiyasi gərginliyin azalması ilə əlaqəlidir.
Çin Xalq Bankı gündəlik istinad məzənnəsini 2024-cü ilin sentyabrından bəri maksimum həddə qaldırıb.
Bayramlar səbəbindən xarici bazarlarda likvidlik aşağı olsa da, Çin bankları dolları aktiv şəkildə alırlar.
Ekspertlər yuanın hələ təxminən 25% dəyərdən aşağı olduğunu bildirirlər, lakin gələn ilin ilk yarısında 6.95%–7.00% diapazonunda saxlanılacağını gözləyirlər.









