Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunda iri həcmli infrastruktur layihəsi üzrə satınalma müsabiqəsi elan edib.
Banker.az xəbər verir ki, fond Cəbrayıl rayonunun Şükürbəyli kəndində 1042 ailəlik yaşayış məntəqəsinin (I mərhələ – 635 ailəlik) sel sularından mühafizəsi məqsədilə genişmiqyaslı tikinti işlərinin görülməsini planlaşdırır.
Layihə çərçivəsində drenaj şəbəkəsinin qurulması, istinad divarlarının tikintisi, körpülərin inşası və yağış kanalizasiya şəbəkəsinin yaradılması nəzərdə tutulur.
Layihə üzrə ehtimal olunan qiymət 7 149 177 manat müəyyən edilib.








