Azərbaycanda internet provayderi olan “Connect” QSC-nin direktoru dəyişib.
Banker.az xəbər verir ki, indiyə qədər direktor olan Ələddin Namazov İbad oğlu vəzifəsini tərk edib.
Onu bu vəzifədə Hafiz Qasımov Məmmədəli oğlu əvəz edib. H.Qasımov bundan öncə “NaxTel” və “AzNet” kimi şirkətlərdə çalışıb.
Xatırladaq ki, “Connect” və ya “Konnekt” QSC 2005-ci ildə yaradılıb və 2000 manat nizamnamə kapitalı var. Şirkət “Sara Invest” ( indiki Azera Holdinq) şirkətlər qrupuna daxildir.
İndiyə qədər kimlər direktor olub?
| Direktor | Dövr |
| Samir Zeynalov | 2007-07-13 – 2007-12-03 |
| Fərid Səmədov | 2007-12-03 – 2009-02-16 |
| Şamil Səfiyev | 2009-02-16 – 2010-08-18 |
| Camalə Əliyeva | 2010-08-18 – 2011-10-11 |
| Haliq Məmmədov | 2011-10-11 – 2012-02-15 |
| Zaur Əmirov | 2012-02-15 – 2013-06-03 |
| Hüseyn Məmmədov | 2013-06-03 – 2015-07-15 |
| Fuad Allahverdiyev | 2015-07-15 – 2016-01-16 |
| Pərviz Abbasquliyev | 2016-01-16 – 2016-03-16 |
| Rəşad Namazov | 2019-07-05 – 2022-03-04 |
| Elçin Turabov | 2022-11-05 – 2023-02-08 |
| Mərdan Məmmədov | 2023-02-08 – 2023-07-04 |
| Elmira Abasova | 2023-07-04 – 2024-05-29 |
| Ələddin Namazov | 2024-05-29 – 2025-06-23 |
| Hafiz Qasımov | 2025- Hazırda |







