Ağdam, Füzuli və Xocavənd rayonlarında fərdi yaşayış evlərinin təmiri üzrə iri həcmli satınalmalar həyata keçirilir.
Banker.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxs tərəfindən iki iri layihə üçün satınalma müsabiqələri aparılıb.
Birinci layihə çərçivəsində Xocavənd rayonunun Xocavənd və Quzeyxırman kəndlərində fərdi yaşayış evlərinin (cəmi 128 ev – 23.320 m²) təmir işləri “Az-Caspian Construction” MMC tərəfindən həyata keçiriləcək. Layihənin ehtimal olunan qiyməti 8 509 550 AZN təşkil edir.
İkinci layihə isə Xocavənd şəhərində 30 fərdi yaşayış evinin (5.700 m²) təmir işlərini əhatə edir və “Layihə Bərpa Tikinti” MMC tərəfindən icra olunacaq. Bu satınalma üzrə ehtimal olunan məbləğ 1 988 029 AZN müəyyən edilib.
Qeyd edək ki, hər iki layihənin ümumi dəyəri 10 497 579 təşkil edir.








