7 C
Baku
Friday, December 26, 2025

Ceyhun Bayramov: Rusiya ilə gərginliyə baxmayaraq, dialoqlar davam edib

Bu il ərzində Rusiya ilə münasibətlərdə gərginlik olmasına baxmayaq, müəyyən dialoqlar olub.

Banker.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin 2025-ci ilin yekunlarına dair hesabatında deyib.

Nazirin sözlərinə görə, Gürcüstan və İranla, həmçinin Türkiyə ilə intensiv təmaslar davam edib.

“Bu kontekstdə Prezident İlham Əliyev tərəfindən 3 işgüzar, Ərdoğan tərəfindən isə ölkəmizə 4 işgüzar səfər olub”.

Nazir Rusiya ilə münasibətlərə də toxunub.

“Bu il ərzində Rusiya ilə münasibətlərdə gərginlik olmasına baxmayaq, müəyyən dialoqlar olub. Düşənbə görüşü iki dövlət arasında münasibətlərin yumşalmasında əhəmiyyətli rola malik olub”.

Bu il Azərbaycanın iki tərəfli və çoxtərəfli əməkdaşlıqları ölkənin inkişafına böyük təkan verib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.

Onun sözlərinə görə, il ərzində Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 14 səfəri reallaşıb:

“Həmçinin Mərkəzi Asiya ölkələr Rəhbərlərinin Azərbaycana səfərləri baş tutub”.

Son xəbərlər
Digər xəbərlər