Azərbaycan və Uqanda diplomatik və xidməti pasport sahiblərini viza tələblərindən azad edəcək.
Bu, Milli Məclisin payız sessiyası çərçivəsində dekabrın 30-da keçiriləcək son iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.








