6 C
Baku
Friday, December 26, 2025

Azərbaycanla 5 ölkə arasında viza tələbi ləğv edilə bilər

Vətəndaşların xarici ölkələrə vizasız və rahat gediş-gəlişinin təmin edilməsi istiqamətində mühüm addımlar atılır.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Nazir qeyd edib ki, son illərin statistikasına nəzər saldıqda Avropa ölkələri ilə yanaşı Almaniya, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Çin və s. bir sıra dövlətlərə Azərbaycan vətəndaşlarının vizasız səfər imkanlarının mövcud olduğu görülür.

“2025-ci il ərzində diplomatik və xidməti pasport sahiblərinin vizadan azad olunmasına dair müxtəlif ölkələrlə 10 yeni saziş imzalanıb. Hazırda bu kateqoriya üzrə vizasız rejim tətbiq olunan ölkələrin ümumi sayı 74-ə çatıb.

Bundan əlavə, hazırda 5 ölkə ilə vizadan azadolunma ilə bağlı danışıqlar aparılır. Biz ümid edirik ki, 2026-cı ildə bu siyahıya yeni ölkələrin də əlavə olunacağı ehtimal edilir”,- C.Bayramov bildirib.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər