2025-ci ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8.5 faiz artıb.
Banker.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, həmin dövrdə orta aylıq əməkhaqqı 1357.5 manat olub.
2025-ci ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1360.4 manat təşkil edib.
Belə ki, aylıq müqayisədə orta maaş 2.9 manat azalıb.








