“PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvlərindən biri 30 dekabr tarixindən etibarə vəzifədən ayrılacaq.
Banker.az xəbər verir ki, bu, Calal Orucov Cümşüd oğludur.
Onun yerinə təyinat olmayıb və hazırda sədrlə birlikdə İdarə heyəti dörd nəfərdən ibarətdir.
Calal Orucov 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və Kredit fakültəsi üzrə bitirmişdir. Əmək fəaliyyətinə 2001-ci ildə Avropa İttifaqının TACİS proqramı üzrə koordinasiya bürosunda aparıcı mütəxəssis kimi başlamışdır. 2002-2005-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və İnformasiya texnologiyaları departamentində aparıcı mütəxəssis və şöbə rəisi vəzifələrində çalışmışdır. 2005-2006-cı illərdə Mərkəzi Bankın “MilliKart” prosessinq mərkəzinin direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2006-2016-cı illərdə “MilliKart” MMC-nin icraçı direktoru vəzifəsində çalışmışdır. 2016-2017-ci illərdə “Unibank” KB-də Texnologiyalar üzrə direktor, 2017-2018-ci illərdə isə Azərbaycan Beynəlxalq Bankında Baş direktor vəzifələrində fəaliyyət göstərmişdir.
2018-ci ilin mart ayından etibarən “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü, Baş Əməliyyat İnzibatçısı vəzifəsində fəaliyyət göstərmişdir.







