“The Financial Times” qəzeti 2026-cı il üçün siyasət, iqtisadiyyat və texnologiya mövzularını əhatə edən illik proqnozunu dərc edib.
Nəşrin fikrincə, dünya 2026-cı ildə daha da az proqnozlaşdırıla bilən hala gələcək. Lakin texnologiyadan maliyyəyə qədər bir sıra sahələr üzrə əvvəlki proqnozların yenidən nəzərdən keçirilməsi gözlənilir.
Siyasət və Geosiyasət:
– Donald Tramp bazar təzyiqi, inflyasiya və ticarət tərəfdaşlarının müqaviməti səbəbindən ilin sonuna qədər sərt tarif təhdidlərindən geri çəkiləcək.
– Ukraynanın Donbasdan imtina etməsi yalnız hərbi məğlubiyyət halında mümkündür.
– Demokratlar, ABŞ Nümayəndələr Palatasına nəzarətini bərpa edəcəklər və bu da onlara Trampın gündəliyini bloklamağa, eləcə də araşdırmalara başlamağa imkan verəcək.
– Səudiyyə Ərəbistanı, İsrail ilə münasibətləri normallaşdırmayacaq.
İqtisadiyyat və Maliyyə:
– Əksər mərkəzi banklar faiz dərəcələrini azaltmağa davam edəcəklər; Yaponiya istisna olaraq qalacaq.
– Rekord ticarət profisitinə baxmayaraq Çin yuanı əhəmiyyətli dərəcədə möhkəmlənməyəcək.
– Özəl kredit sektorunda defoltların artacağı gözlənilir, lakin sistemli maliyyə böhranı olmayacaq.
– Qızılın qiyməti unsiya üçün 5 000 dolları keçə bilər.
– Afrikanın artım tempi ilk dəfə Asiyanı bir qədər üstələyə bilər.
Texnologiya:
– Süni intellektin həddindən artıq inkişaf tempi azalmağa başlayacaq. Böyük texnologiya şirkətləri dayanıqlı qalacaq, kiçik oyunçular isə itkilərlə üzləşəcəklər.
– Kommersiya baxımından sərfəli kvant kompüteri 2026-cı ildə peyda olmayacaq.
– Humanoid robotlar bazara daxil olacaq, lakin bahalı məhsul olaraq qalacaqlar.
– Süni intellekt tərəfindən yaradılan mahnılar əsas qlobal siyahılarda birinci yeri tuta bilməyəcəklər.
Biznes və Bazarlar:
– “Tesla” şirkəti uğursuz olacaq və ABŞ-də, Avropada, Çində itirilmiş mövqeləri bərpa edə bilməyəcək.
– İlon Mask ənənəvi avtomobil istehsalına deyil, süni intellekt və robotaksiyə diqqət yetirəcək.







