4 C
Baku
Friday, January 2, 2026

Maduro: Venesuela ABŞ ilə danışıqlara hazırdır

Venesuela hökuməti narkotik qaçaqmalçılığı ilə mübarizə və neft sektoruna investisiya qoyuluşu məsələləri üzrə ABŞ ilə razılaşmanı müzakirə etməyə hazırdır.

Bunu Venesuela Prezidenti Nikolas Maduro bəyan edib.

Onun sözlərinə görə, tərəflər faktlara əsaslanan ciddi dialoqa başlamalıdır. Maduro bildirib ki, əgər ABŞ narkotik qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün razılaşmanı səmimi şəkildə müzakirə etmək istəyərsə, Venesuela buna hazırdır. Prezident əlavə edib ki, Vaşinqton Venesuela neftində maraqlıdırsa, Karakas Amerika investisiyalarına, o cümlədən “Chevron” kimi şirkətlərə açıqdır.

Nikolas Maduro Vaşinqtonun Karakası narkotik istehsalına qarşı mübarizədə yetərli səylər göstərməməkdə ittiham etməsinin əsassız olduğunu bir daha vurğulayıb. Onun sözlərinə görə, ABŞ Venesuelanı kütləvi qırğın silahlarına, atom bombalarına və ya kimyəvi silahlara sahib olmaqda ittiham edə bilmədiyi üçün bu cür iddialar irəli sürülür və Vaşinqton özü də bunun doğru olmadığını anlayır.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər