Neft dünya iqtisadiyyatında ən vacib xammal resursu olaraq qalır. O, qlobal nəqliyyat sisteminin və sənayenin əsasını təşkil edir, eyni zamanda geosiyasətdə və dünya ticarətində mühüm rol oynamaqda davam edir.
Bərpa olunan enerji mənbələri daim inkişaf etsə də, qlobal enerji tələbatının ödənilməsi baxımından hələ də neftlə rəqabət apara bilmir.
Dünya üzrə əsas neft ehtiyatları bir neçə ölkə arasında bölüşdürülüb:
- Venesuela — 303,2 milyard barel
- Səudiyyə Ərəbistanı — 267,2 milyard barel
- İran — 208,6 milyard barel
- Kanada — 163 milyard barel
- İraq — 145 milyard barel
- BƏƏ — 113 milyard barel
- Küveyt — 101,5 milyard barel
- Rusiya — 80 milyard barel
- Liviya — 48,3 milyard barel
- ABŞ — 45 milyard barel
- Nigeriya — 37,2 milyard barel
- Qazaxıstan — 30 milyard barel
- Çin — 28,1 milyard barel
- Qətər — 25,2 milyard barel
- Braziliya — 15,8 milyard barel
Qeyd edək ki, Azərbaycan reytinqdə 18-ci yerdədir və neft ehtiyatı 7 milyard bareldir. Bununla belə, bu ölkələrin hamısı öz ehtiyatlarından iqtisadi fayda əldə edə bilmir. Xüsusilə, ABŞ-nin sanksiyaları Venesuela üçün ciddi maliyyə problemləri yaradıb, ABŞ tərəfindən neft ixracına qarşı tətbiq edilən son dəniz blokadası isə bu problemləri daha da dərinləşdirib.






